İndi
də şou-biznesimizdəki cütlüklərdən danışacağıq. O cütlüklərdən ki bir-birinə
könül verib, əhd-peyman bağlayırlar, bununla da həmişə diqqət mərkəzində
olurlar, haqlarında çoxlu söz-söhbət, şayiələr dolaşır. Azərbaycanda
şou-biznesin təməli qoyulmamışdan öncə də, bütün sahələrdəki kimi bu sənətdə də
ulduzları barışan cütlüklər az olmayıb.